Rühəngiz Qasımova harada dəfn ediləcək? - Nəvəsi DANIŞDI - ÖZƏL

Rühəngiz Qasımova harada dəfn ediləcək? - Nəvəsi DANIŞDI - ÖZƏL

Hazırda oxunan: Rühəngiz Qasımova harada dəfn ediləcək? - Nəvəsi DANIŞDI - ÖZƏL

98433

“Üç həftə əvvəl nənəm Honq-Konqda yaşayan bibimin evinə gedib. Əslində, onun səhhəti Bakıda yaxşı idi. Amma orada gözlənilmədən vəziyyəti ağırlaşdı. Ayaqlarında şişkinliklər əmələ gəldi. Onun ürəyində ciddi problemlər vardı". 

Bu sözləri ötən gün Honq-Konqda 82 yaşında vəfat edən əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımovanın nəvəsi, “Səs Azərbaycan” yarışmasının iştirakçısı, gənc ifaçı Hilal Süleymanov Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.  

Hilalın sözlərinə görə, nənəsinin səhhəti babasının vəfatından sonra daha da pisləşdiyindən, o, müalicə almaq üçün xəstəxanaya yerləşdirilmişdi. 

“Nənəm Rühəngiz xanımın təkcə ürəyində deyil, eyni zamanda digər orqanı böyrəyində problemlər yarandı. Əziyyət çəkirdi və demək olar ki, böyrəkləri funkisiyasını itirmişdi. Hazırda nəşi bibimin evindədir”. 

Bəstəkarın nəşinin Azərbaycana nə zaman gətiriləcəyi ilə bağlı  suala H.Süleymanov belə cavab verib: 

"Bu haqda hələlik dəqiq məlumatımız yoxdur. Bır sıra vacib sənədlər hazırlanmalıdır. Bu proses isə müəyyən vaxt aparacaq. Azərbaycanda nənəmin harada dəfn ediləcəyi ilə bağlı məlumatsızıq”. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO