Bülent Ersoy ilə Ajda Pekkan arasında DAVA - VİDEO

Bülent Ersoy ilə Ajda Pekkan arasında DAVA - VİDEO

Hazırda oxunan: Bülent Ersoy ilə Ajda Pekkan arasında DAVA - VİDEO

97974

Günlərdir Türkiyənin iki böyük ulduzu Bülent Ersoy ilə Ajda Pekkan arasında yaşanan qalmaqal pik həddə çatıb. 

Bizim.Media xəbər verir ki, Pekkanın səhnədə davamlı olaraq çəkmə geyindiyini xatırladan türk sənət musiqisinin divası Ersoy “Söylemezsem olmaz” maqazin verilişinə zəng edərək qarşı tərəfin bunu niyə etdiyini açıqlayıb.  

Ersoy səhnədə həmişə uzun çəkmə geyinən Pekkan haqqında “Ayaqlarına güvənirsənsə, niyə çəkmə geyinirsən? Niyə topuqlarını göstərmirsən? Niyə göstərmirsən? Daş kimidir!” reaksiya bildirib. 
Bunlarla kifayətlənməyən Bülent Ajdanın ona böyük haqsızlıq etdiyini dilə gətirib. Diva “Mən bunları tərbiyəmdən deməmişəm” sözlərini davam etdirib.  Bülentin digər iddiası isə Ajda Pekkanın Almaniyada biletləri satılmadığı üçün 3 konsertinin ləğv edilməsi olub.   

Qeyd edək ki, B.Ersoy bir neçə gün əvvəl “Ajdanın harası “daş” kimidir? Onun üst-üstə geyindiyi corabları atam da geyinsə, ayaqları gözəl görünər” sözlərindən sonra A.Pekkanla aralarında münasibətlərə kölgə salıb.
Bu açıqlamalardan sonra Ajdanın cavabı çox gecikməyib. Superstar sosial şəbəkə hesabında “Kimi səbirdən susar, kimisi sayğıdan, kimi də sevgidən” reaksiya verib. Bu cavabdan sonra əsəbləşən Ersoy “Hər susmaq sayqı, sevgi, hörmət deyil! Hər susan ədəbindən deyil, bəzən günahkar olduğu üçün susar. Hər cür pislik et, sonra da fağırı, günahsızı oyna” kəskin münasibət bildirib. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO