Xalq artisti Röya Ayxan yeni mövsümdə üçüncü klipini təqdim edib.
Bizim.Media xəbər verir ki, sənətçi sözləri Həsən Babayevə, musiqisi Fərid Kərimliyə məxsus “Yuxu dərmanımdır” adlı nəğməsini ekranlaşdırıb.
Röya yeni klipini rejissor Cəlal Kəngərliyə həvalə edib.
Müğənninin imici üzərində stilist Elnur Həsənov çalışıb.
Xalq artistinin makiyajını Türkiyədə populyar simalarla əməkdaşlıq edən Kamran Cabbarov edib.
“Yuxu dərmanımdır” artıq bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib.
Rəşad Əliyev, Bizim.Media