Nigar boşandığı ərindən YAZDI: “Sübutlarımı onun peşəsinə hörmət edib paylaşmıram

Nigar boşandığı ərindən YAZDI: “Sübutlarımı onun peşəsinə hörmət edib paylaşmıram" – FOTO

Hazırda oxunan: Nigar boşandığı ərindən YAZDI: “Sübutlarımı onun peşəsinə hörmət edib paylaşmıram" – FOTO

97778

Xəbər verdiyimiz kimi, Əməkdar artisti Nigar Şabanova XTQ giziri, hərbçi həyat yoldaşı Xəyyam Qaragözovdan boşandığını etiraf edib.

Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında boşanma məsələsi ilə bağlı izləyicilərin  tənqid dolu şərhlərinə post paylaşaraq, sərt cavab verib.

“Sizin o kişi dediyinizin tezliklə səs yazılarını paylaşacağam. Görəcəksiniz ki, əyninə hər forma geyinən kişi ola bilmir. Kişiliyi insanlığı peşəyə qarışdırmayın. Kişi ailə başçısı, qeyrətli oğlan olmaq başqa işdir. Peşə əyninə forma geyinmək başqa işdir.
Pis yazan  hər kəsin əziz övladına onun kimi ailə arzu edirəm. Yaxşı yazıb anlayışla qarşılayanların balasını Allah xoşbəxt eləsin.

Kaş bütün xanımlar mənim qədər ailəsini qorumağa çalışardı.  Kişilik qanda yoxdursa, sonradan onu heç bir qadın əmələ gətirə bilməz. Hamı sussun. Əlimdəki sübutları onun peşəsinə, formasına hörmət edib, paylaşmıram”, -deyə Nigar yazıb.

Qeyd edək ki, Nigar Şabanova ötən il ailə qurduğunu açıqlamışdı. Müğənni toyunun II Qarabağ müharibəsi şəhidlərinin ilindən sonra reallaşacağını bildirmişdi. Nigar hazırda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solisti vəzifəsində çalışır.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO