Alla Puqaçova İsrail pasportu alıb? - FOTO

Alla Puqaçova İsrail pasportu alıb? - FOTO

Hazırda oxunan: Alla Puqaçova İsrail pasportu alıb? - FOTO

97676

Rusiya mətbuatının yazdığına görə, bir neçə gün öncə Rusiya ərazisini tərk edən əfsanəvi müğənni Alla Puqaçova İsrail pasportu alıb.

Bizim.Media xəbər verir ki, Teleqraf nəşri sənətkarın aldığı İsrail pasportunun fotoşəkilini yayıb.

Nəşr bildirir ki, pasportun həqiqiliyi İsrail sərhədçiləri arasında olan mənbələr tərəfindən təsdiqlənib.

Pasport 2022-ci ilin mayında, Rusiya qoşunlarının Ukraynaya hücum etməsindən  sonra verilib. Onun etibarlılıq müddəti 2023-cü ilin may ayına qədərdir.

Bəlkə də İsrail dövlətindən sənəd almaq qərarı sənətçiyə Ukraynadakı müharibəni və Putinin siyasətini dəstəkləməkdən imtina edən və xarici agent kimi tanınan əri, yumorist Maksim Qalkinin təqiblərindən sonra gəlib.
Xatırladaq ki, sentyabrın 1-nə az qalmış Alla Puqaçova Moskvaya qayıtmış və hətta yeni tədris ilinin ilk günü uşaqları məktəbə aparmışdı.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO