Brilliantdan şagirdin döyülməsinə ETİRAZ: “Haqqı nahaqqa möhtac qoymayın” - FOTO

Brilliantdan şagirdin döyülməsinə ETİRAZ: “Haqqı nahaqqa möhtac qoymayın” - FOTO

Hazırda oxunan: Brilliantdan şagirdin döyülməsinə ETİRAZ: “Haqqı nahaqqa möhtac qoymayın” - FOTO

97535

“Vicdansızlıq etməyin, şeytana qoşulub Allahın əleyhinə getməyin! Güclünün adamı var deyə, fağırı incitməyin”.  

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova sosial şəbəkə hesabında yazıb.  

Sənətçi sosial şəbəkədə Bakıda 112 saylı orta məktəbin sinif otağında şagirdin digər şagird tərəfindən döyülməsi hadisəsinə sərt şəkildə münasibət bildirib.

“Allahın əleyhinə getməyin. Ay iki uşaq vuruşub deyənlər, guya bilmirsiniz ki, vuruşarkən hər iki tərəfin vurması şərtdir? Bilmirsiniz ki, tək tərəf zərbə endirirsə, bu, cinayətdir? Təbiətin qarşısında biz qarışqayıq. Heç olmasa, öz vicdanınız qarşısında qarışqa olmayın. Haqqı nahaqqa möhtac qoymayın”.  

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO