Boris Moiseyevin ölümü ilə bağlı YENİ DETALLAR

Boris Moiseyevin ölümü ilə bağlı YENİ DETALLAR

Hazırda oxunan: Boris Moiseyevin ölümü ilə bağlı YENİ DETALLAR

97457

Sentyabrın 27-də dünyasını dəyişən 68 yaşlı Rusiyanın məşhur pop ulduzu Boris Moiseyevin ölümü ilə bağlı gözlənilməz iddialar səsləndirilib. 

Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, oktyabrın 3-də müstəntiqlər sənətçinin ölüm hadisəsini araşdırmağa başlayıblar. Bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb. 

Boris Mixayloviçin meyitində ilkin olaraq gözə çarpan bədən xəsarəti əlamətlərinin aşkar edilməməsinə baxmayaraq, idarə 105-ci (qəsdən adam öldürmə) və 111-ci maddənin 4-cü hissəsi (ölümlə nəticələnən sağlamlığa ağır xəsarət yetirmə) ilə yoxlama təşkil edib.
68 yaşlı Moiseyevin ölüm səbəbini (və bunun zorakılıq olub-olmadığını) ekspertiza göstərəcək. 

Qeyd edək ki, Boris Moskvanın Krasnoproletarskaya küçəsindəki mənzilində dünyasını dəyişib. Onun cəsədini isə müğənninin bədii rəhbəri Sergey Qorox aşkar edib.

Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO