Müğənni Aynur Dadaşova ötən axşam avtomobil qəzası keçirib.
Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı sənətçi ilə əlaqə saxlayıb.
Dəstəyi qaldıran Dadaşovanın bacısı İlhamə xanım bildirib ki, qəza anidən baş verib.
"Hadisə gözlənilmədən baş verib. Bacım axşam saatlarında tədbirə gedən zamanı anidən qəzaya düşüb. Aynur ötən gündən hələ də özünə gəlməyib. Şok keçirib.
Şükürlər olsun ki, sağ-salamatdır. Aynur avtomobildə tək olmayıb, onun yanında dünyasını dəyişən bacısı Günelin qızı Leyla da olub. Leyla da böyük həyacan və stress içindədir. Aynurun idarə etdiyi "Malibu" markalı avtomobili ciddi zədə alıb. Əsas odur ki, Aynurla Leylaya heç nə olmayıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:09 / 03.10.2022
Avtomobil qəzası keçirən Aynur Dadaşovanın VƏZİYYƏTİ NECƏDİR?
Hazırda oxunan: Avtomobil qəzası keçirən Aynur Dadaşovanın VƏZİYYƏTİ NECƏDİR?
Hazırda oxunan: Avtomobil qəzası keçirən Aynur Dadaşovanın VƏZİYYƏTİ NECƏDİR?
97126
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.