Kseniya Sobçakın başı dərddə - Cinayət işi açıla bilər

Kseniya Sobçakın başı dərddə - Cinayət işi açıla bilər

Hazırda oxunan: Kseniya Sobçakın başı dərddə - Cinayət işi açıla bilər

97084

Rusiyanın səs-küylü jurnalisti Kseniya Sobçak daha bir qalmaqallın içinə düşüb.

Bizim.Media "TASS” agentliyinə istinadən xəbər verir ki, jurnalistə qarşı cinayət işi açıla bilər.

Polis jurnalisti dövlət hakimiyyəti haqqında saxta xəbərlər yaymaqda şübhəli bilir və artıq materialları Rusiya Federasiyasının İstintaq Komitəsinə göndərib.

Söhbət “saxta festivalların dövlət tərəfindən maliyyələşdirilməsindən” gedir. 

Xatırladaq ki, daha əvvəl polis rejissor Vitali Manskiyə qarşı böhtan maddəsi ilə cinayət işi açmışdı. Sobçakın YouTube kanalında verdiyi müsahibədə o, Moskva Beynəlxalq Film Festivalında guya “büdcənin ən azı 85%-nin oğurlandığını” bildirib. Bu iş üzrə şahid qismində Kseniya Sobçak dindirilib. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO