Xalq artisti Ağadadaş Ağayevin oğlu Seymurun toyu olub.
Bizim.Media xəbər verir ki, sənətkar övladının özəl gününə media nümayəndələrini buraxmayıb.
Dəbdəbəli məkanların birində keçirilən məclisdə Ağayevin bir çox həmkarları iştirak edib.
Gecənin aparıcılığı Vüsalə Əlizadəyə həvalə olunub.
Şənlikdə Əməkdar artist Xumar Qədimova, Nüşabə Ələsgərli, Aybəniz Haşımova, Elton Hüseynəliyev, Abbas Bağırov, müğənnilər Xatun Əliyeva, Rəqsanə İsmayılova, Günay İbrahimli və digər incəsənət nümayəndələri yer alıb.
Rəşad Əliyev, Bizim.Media