Van Dammın oğlu azərbaycanlı xanımı və baldızları ilə BİR ARADA – FOTO

Van Dammın oğlu azərbaycanlı xanımı və baldızları ilə BİR ARADA – FOTO

Hazırda oxunan: Van Dammın oğlu azərbaycanlı xanımı və baldızları ilə BİR ARADA – FOTO

97038

Dünya şöhrətli Hollivud aktyoru Jan Klod Van Dammın oğlu Kristofer pianoçu həyat yoldaşı ilə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, Kristofer Bakıda olduğu zaman Suadanın ailəsi, xüsusi ilə onun bacıları ilə yaxından tanış olub.

Ulduzun oğlu onlarla çəkilən xatirə fotosunu sosial şəbəkə hesabında paylaşıb. Kristofer yayımladığı şəkillərə "sisters" (bacılar - red.) qısa şərhini yazıb. 

Həmin fotoya isə Suada "Çox şadam ki, onlara ailədə sənin kimi bir qardaş əldə etmək nəsib oldu. Səni sevirəm" şərhini qeyd edib.

Qeyd edək ki, Jan Klod Van Damm Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadə ilə quda olub.

Kristofer-Suada cütlüyü ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO