Zöhrə Abdullayevanın bacısı qızı:

Zöhrə Abdullayevanın bacısı qızı: "Vəsiyyəti oğlunun yox, anasının yanında dəfn olunmasıydı" - VİDEO 

Hazırda oxunan: Zöhrə Abdullayevanın bacısı qızı: "Vəsiyyəti oğlunun yox, anasının yanında dəfn olunmasıydı" - VİDEO 

96790

"Biz hər zaman efirlərdən uzaq durmuşuq. Xalam Zöhrə xanımın ailəsində üç bacı, iki qardaş olublar. Anam rəhmətə gedib. Amma böyük xalam Şahnaz xanım sağdır. Zöhrə xalam daha çox anamla bir-birinə oxşayırdılar. Anam şəkər xəstəliyindən dünyasını dəyişdi. Həyatda olan xalam təqaüdçudür. Şahnaz xalamın 83 yaşı var".  

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Zöhrə Abdullayevanın bacısı qızı Günay xanım qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib.  

Sənətkarın bacısı qızı bildirib ki, xalasının vəsiyyəti ilə o rəhmətə gedən oğlunun yox, anasının yanında dəfn edilib.  

"Zöhrə xalam övladının deyil, anasının yanında dəfn olunmağını istəyirdi. Elə də oldu. Onu anasının yanında dəfn etdik. Zöhrə xalamın oğlu Balaxanı qəbristanlığında dəfn olunub. Zöhrə xalam oğlunun vəfatından sonra üç il yaşadı.  
Tez-tez gedib Zöhrə xalama baş çəkirdik. Biz də ona yaxın bağda qalırdıq. Dayımın biri sağdır, digəri rəhmətə gedib. Hazırda xalamın evində heç kim yaşamır, evi boşdur. Evi nəvəsinə vəsiyyət edib. Bir nəvəsi daxili qoşunlarda əsgərdir. Bir də 22 yaşında bir qız nəvəsi var.  

Zöhrə xalamın gəlini hakimdir. Zöhrə xalam gəlini ilə çox mehriban idilər, rəfiqə idilər. Onlar arasında "gəlin-qaynana" münasibəti yox idi. Gəlini doğma bacısı qızıdır".  

Qeyd edək ki, Z.Abdullayeva ötən ilin mayında 68 yaşında sklerodermiya (xərçəngin bir növü) xəstəliyindən dünyasını dəyişib.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO