Hadisənin Mehmetdən ayrılmasına o SƏBƏB OLUB - FOTO

Hadisənin Mehmetdən ayrılmasına o SƏBƏB OLUB - FOTO

Hazırda oxunan: Hadisənin Mehmetdən ayrılmasına o SƏBƏB OLUB - FOTO

96473

Türkiyənin pop ulduzu Hadisənin milyonçu həyat yoldaşı, iş adamı Mehmet Dinçerlerdən boşanmasının əsl səbəbi üzə çıxıb.

Bizim.Media xəbər verir ki, cütlüyün ayrılmasına “Murda” ləqəbi ilə məşhurlaşan repçi Önder Doğanın səbəb olduğu bildirilib.

Belə ki, Hadisənin həm konsertdə, həm də “İmdat” klipində Murda ilə qucaqlaşması və səmimi ünsiyyəti Mehmet və ailəsi tərəfindən birmənalı qarşılanmayıb.
Ailə içində ifaçıya “Sən evlisən, necə qucaqlaşa bilərsən?” kimi tənqid dolu fikirlər səsləndirilib. Bunun nəticəsində cütlük ayrılmaq qərarına gəlib.

Qeyd edək ki, keçmiş aşiqlərin boşanması, sabah yəni sentyabrın 30-da Beykoz ailə məhkəməsində baş tutacaq.

Rəşad Əliyev, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO