İzləyicisi Naziləyə QARĞIŞ ETDİ: “Evin başına uçsun” - FOTO

İzləyicisi Naziləyə QARĞIŞ ETDİ: “Evin başına uçsun” - FOTO

Hazırda oxunan: İzləyicisi Naziləyə QARĞIŞ ETDİ: “Evin başına uçsun” - FOTO

95774

“Böyük səy göstərib, bəhsə girdik, hər yerdə özümüzü gözə soxduq”.

Bizim.Media xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli sosial şəbəkə hesabında yazıb.

Şou əhlinin yardımlarından söz açan sənətçi tənqidlərə məruz qaldığını paylaşdığı postda dilə gətirib.

“Könüllü şəkildə söyülə-söyülə, danlana-danlana, alçaldılmaqdan həzz alaraq, özümüzü dilə-dişə sala-sala, pandemiya başlayan gündən qapı-qapı düşüb az təminatlı ailələr tapdıq, yardım payladıq. Yardımın torbası zəif olanda söyüldük, güclü olanda bəxtəvərlik verildi. Pulumuz olmayanda da heç kim inanmadı və yenə söyüldük. Hər dəfə də imkansız ailələrə borclu qaldıq. Beləliklə tənbəlliyin inkişafında böyük əməyimiz oldu. Afərin sizə, şou-biznes”.

Nazilə daha sonra izləyicisinin ondan kömək istədiyi halda onu təhqir etməsinə reaksiya bildirib.

“Bayaq biri zəng edib, ev tikməyə 10 min pul istədi. Elə istəyir, yəni ki, 10 milyondan 10 min versən, ölməzsən tərzində. Dedim, vallah yoxumdur. Dedi ki, evin başına uçsun, ləçər. Başqa ölkədə yaşaya bilmərəm”.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO