Analıq məzuniyyəti bitdi - Rihanna GERİ QAYIDIR 

Analıq məzuniyyəti bitdi - Rihanna GERİ QAYIDIR 

Hazırda oxunan: Analıq məzuniyyəti bitdi - Rihanna GERİ QAYIDIR 

95757

Dünya şöhrətli pop ulduz Rihanna beş ildən sonra səhnəyə geri qayıdır.  

Bizim.Media xəbər verir ki, o, uzun sürən analıq məzuniyyətindən sonra “Super Bowl 2023”də super şousu ilə çıxış edəcək.   

Barbados gözəli sosial şəbəkə hesabında əlində amerikan futbol topunu tutduğu fotonu paylaşaraq bu məlumatı təsdiqləyib.  

Məşhur repçi Jey Zi də paylaşıma şərh yazıb.

“Rihanna nəsildə bir dəfə gələn istedaddır, bütün gözləntiləri aşmış təvazökar bir qadındır. Bu adam kiçik Barbados adasında anadan olub və bütün zamanların ən böyük artistlərdən biri olub”, - deyə repçi bildirib.  
Qeyd edək ki, Rihanna mayın 13-də ana olub. Sənətçinin repçi nişanlısı A$AP Rokkidən oğlu dünyaya gəlib.  

Rəşad Əliyev, Bizim.Media




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO