Kraliçanın ölüm günü Şahzadə Harri atası ilə Meqan Markla görə DAVA EDİB 

Kraliçanın ölüm günü Şahzadə Harri atası ilə Meqan Markla görə DAVA EDİB 

Hazırda oxunan: Kraliçanın ölüm günü Şahzadə Harri atası ilə Meqan Markla görə DAVA EDİB 

95464

Kral ailəsinə yaxın mənbə bildirib ki, Kraliça II Yelizavetanın öldüyü gün Şahzadə Harri Meqan Markla görə atası ilə ciddi münaqişəyə düşüb. Kral III Çarlz kiçik oğlundan arvadını özü ilə Şotlandiyaya aparmamasını xahiş edib.

Bizim.Media “The Sun” nəşrinə istinadən xəbər verir ki, ehtimallara görə, atası ilə mübahisə ucbatından şahzadə Harri təyyarəyə minmə vaxtını qaçırdıb və nənəsi ilə vidalaşmağa vaxt tapmayıb.

O, Balmorala onun ölüm xəbərindən saat yarım sonra gəlib. Həmin gün atası onu özü, Kraliça Konsort Kamilla və Şahzadə Uilyam ilə birlikdə III Karlın mülkü olan Birkhalda nahar etməyə dəvət edib.
Bunun əvəzinə o, Londona ilk uçuşa getməzdən əvvəl Şahzadə Edvard, həyat yoldaşı, “Wessex” qrafinyası Sofi və Şahzadə Endryu ilə nahar edib. Harri Meqanı Balmorala gətirmək üçün icazə almağa o qədər məşğul olub ki, uçuşu qaçırıb.

Bundan sonra Harri, o qədər qəzəblənib ki, atası və qardaşı ilə nahar etməkdən imtina edib. Buna baxmayaraq, Şahzadə Harri sonradan ailəsi ilə birlikdə yas tədbirlərinə qatılıb.

Belə ki, Şahzadə Harri və Meqan Markl Uels şahzadəsi Uilyam və Keyt Middltonla birlikdə Kraliçanın xatirəsinə gətirilən gül və hədiyyələrə baxıblar. Lakin sonradan Şahzadə Harri ilə atası arasında yenidən münaqişə baş verib. Bu dəfə uşaqları Arçi və Lilibet üçün titullar üstündə.

Belə ki, hakimiyyətdə olan monarxın nəvələri avtomatik olaraq şahzadə titullarını alırlar. Kral III Karl Şahzadə Harri və Meqan Marklın övladlarının bu titulları daşıyacağı ilə razılaşıb, lakin Arçi və Lilibet Kral Əlahəzrətləri titullarını almayıblar.
Buna səbəb şahzadə Harrinin övladlarının kral ailəsi üzvlərinin vəzifələrini yerinə yetirməməsi olub. Müvafiq olaraq, onlar da kral ailəsinin üzvlərinə görə polis müdafiəsi almayacaqlar. Saraya yaxın mənbələrin qeyd etdiyi kimi, şahzadə Harri və həyat yoldaşı kralın bu qərarına çox qəzəbləniblər.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO