Azərbaycanlı bloger ərinin 5 illik sevgilisi tərəfindən döyüldü, işə DİN qarışdı - FOTO 

Azərbaycanlı bloger ərinin 5 illik sevgilisi tərəfindən döyüldü, işə DİN qarışdı - FOTO 

Hazırda oxunan: Azərbaycanlı bloger ərinin 5 illik sevgilisi tərəfindən döyüldü, işə DİN qarışdı - FOTO 

95441

“Selin_baby10” (Selinin anası) adı ilə “Instagram” sosial platformasında tanınan bloger Səbinə Zeynalzadə həyat yoldaşının ona 5 ildir xəyanət etdiyini iddia edib.

Bizim.Media xəbər verir ki, Səbinə əri Sami Saməddinzadənin sevgilisi tərəfindən döyüldüyünü bildirərək çəkdiyi görüntüləri paylaşıb.

Bədəninin müxtəlif yerlərində olan yara izlərini və barmaqlarındakı zədələrin fotolarını sosial şəbəkə hesabında paylaşan bloger hadisə ilə bağlı hüquq mühafizə orqanlarına şikayət etdiyini açıqlayıb.
Zeynalzadənin sözlərinə görə, onun həyat yoldaşı “Lokomotiv Biləcəri” voleybol komandasının oyunçusu Lalə Bağıyeva eşq yaşayır: 

“Bizim Voleybol Federasiyası məncə zirzəmidə gizlənməyi, evli kişilərlə gəzməyi öyrətmir.

Evimə girib, zirzəmidə gizlənib və bütün bunlar azyaşlı qızım gözünün qarşısında olub. Əlimdə “gözəl” videolarım, şəkillərim var. Allahdan başqa heç kimdən qorxmuram. Özümə də güvənirəm. Mən kişinin və kişilərin tərəfini saxlamıram. Ailə dağıtmaq çox çətindir.

Övladım hər ikimizə bağlıdır və bilmirəm nə edəm, keçirəm. Bunu qürursuzluq adlandırmayın, uşaq adamın boğazına dayanır. Mən Saminin tərəfini saxlamıram, ancaq tanıyan bilir necə əxlaqsız qadınlar var. Onun Samiyə yazdıqları telefonumda var. Yazırdı ki, həmişə sənə aid olacağam. Nə olsun evlisən? Arada görüşək, səni sevirəm.
Belələrinə imkan verməyin ailənizi dağıtsın! Çox mücadilə etdim, yazırsınız ki, qürursuzsan. Rəsmi nikahım da, kəbinim də var, uşağımın atasıdır. Amma o? Bu günə kimi ayrıla bilərdim, amma keçirdim, düşünürdüm ki, ar edərlər. Gördüm ki, əksinə, arsızlaşırlar.

Bundan sonra Səbinə Sami üçün öldü. Bununla da bitdi. Yanımda olan, olmayan hər kəs sağ olsun!”. 

Qalmaqallı hadisə ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) S.Zeynalzadənin şikayətini nəzarətə götürüb. Səbinə növbəti paylaşımlarında qeyd edib ki, Lalə Bağıyeva onu 28-ci polis bölməsinə şikayət edib.  

Rəşad Əliyev, Bizim.Media





















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO