Müğənni Nüşabə Musayevanın qızı Elnarə paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.
Bizim.Media xəbər verir ki, sənətçinin övladı Dubay tətilində başı zəncirlə bağlı olan və qumun üzərində uzanan nəhənq dişi şiri tumarlayıb.
Həmin anları isə Elnarə sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Müğənninin qızının qorxmadan, çəkinmədən etdiyi bu hərəkət, sözün əsl mənasında “şir ürəyi yeyib” deyimi ilə üst-üstə düşüb.
Qeyd edək ki, Elnarə ötən ayın sonunda Mersin şəhərində Oğuzhan Kaya adlı türk vətəndaşı nişanlanıb.
Rəşad Əliyev, Bizim.Media