“Artıq dərəcədə piar marketinqlərdən xahiş edirəm, nömrəmi yaymayın”.
Bizim.Media xəbər verir ki, bu sözləri dünyaca məşhur stilist və vizajist Anar Ağakişiyev sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada deyib.
Hazırda İstanbulda olan Anar bildirib ki, Bakıdan müxtəlif şirkətlər telefon zəngləri edir. Zənglərdən təngə gələn Ağakişiyev məsələyə sərt reaksiya verib.
“Hansısa dostum zarafatla nömrəmi verib. Azərbaycanda şirkət qalmayıb. Mənə gah tozsoran, gah xalça yuma şirkətlərindən zəng edirlər. Özü də qəsdən mən xaricdə olanda, telefonumda rominq aktiv olanda zəng edirlər. Su filtrindən tutmuş, pəncərələri silmək üçün nəzərdə tutulan əskilərin satışı ilə məşğul olan şirkətlərə qədər…
Xahiş edirəm, zəng etməyin. Nömrəmi dəyişə bilmirəm. Üstəlik siz mənə hər dəfə zəng edəndə bu da büdcəmə zərər vurur (xarici ölkədə zənglərin rominqdə çalışması bahadır – red.) Zəng etməyin və məni silin öz siyahınızdan”, - deyə A.Ağakişiyev bildirib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
16:35 / 19.09.2022
Anar Ağakişiyevin şəxsi nömrəsini kimlər yayır? - VİDEO
Hazırda oxunan: Anar Ağakişiyevin şəxsi nömrəsini kimlər yayır? - VİDEO
Hazırda oxunan: Anar Ağakişiyevin şəxsi nömrəsini kimlər yayır? - VİDEO
94628
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.