Şəbnəmlə izləyiciləri arasında QALMAQAL:

Şəbnəmlə izləyiciləri arasında QALMAQAL: "Abırsız sənin kimilərdir" - FOTO/VİDEO

Hazırda oxunan: Şəbnəmlə izləyiciləri arasında QALMAQAL: "Abırsız sənin kimilərdir" - FOTO/VİDEO

94451

Müğənni Şəbnəm Tovuzlunun paylaşımı qalmaqala səbəb olub.

Bizim.Media xəbər verir ki, müğənnin sosial şəbəkə hesabında yayımladığı "Nur üzlü şəhidim" klipi izləyicilərin qəzəbinə tuş gəlib.

Sosial şəbəkə əhli Şəbnəmin klip paylaşımını "başına qaxınc" edərək, "bu həssas dönəmdə özünü reklam edir" kimi tənqid atəşinə tutublar.

"Keçən ilin klipi, mahnısı da olsa yeri deyil. Millət qan ağlayır, bu reytinq mahnı hayında. Ayıbdır, abırın həyan olsun", - deyə Ş.Tovuzlunun paylaşımına Tamerlan adlı izləyicisi şərh yazıb.

Müğənni isə söz altında qalmayıb.

"Abırsız sənin kimilərdir. Başı xarab bəs bu mahnı şəhidlər üçün ifa olunub. Burada nə reytinq var, ay xəstə!?", - deyə Şəbnəm izləyicisinə yazdığı şərhi ilə qarşılıq verib.

Xatırladaq ki, sentyabrın 13-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatlar törədilib. Təxribatlar zamanı 80 hərbçimiz şəhid olub. 

Rəşad Əliyev, Bizim.Media

 




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO