"Hiss" qəzaya düşdü – YENİLƏNİB - VİDEO 

Hazırda oxunan: "Hiss" qəzaya düşdü – YENİLƏNİB - VİDEO 

94339

Hadisə ilə bağlı Bizim.Media-nın əməkdaşı "Hiss"lə (Röya Məmmədli) əlaqə saxlayıb.

Müğənni bildirib ki, həmin an avtomobildə özü olmayıb. Nəqliyyat vasitəsinin sükanı arxasında yaxını əyləşib.

15:56

"Hiss" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Röya Məmmədova "Mokko" markalı nəqliyyat vasitəsi ilə qəza törədib.

Bizim.Media xəbər verir ki, sözügedən video sosial şəbəkədə yayılıb.

Hadisə arxada gedən "Mercedess" markalı avtomobilin qeydiyyat kamerası tərəfindən qeydə alınıb.

Görüntülərdə dönmə işığını yandırmayan sənətçi qəza şəraiti yaradaraq yolda üç avtomobilin toqquşmasına səbəb olub. Diqqət çəkən məqamlardan biri isə "Hiss"in avtomobilinin digər nəqliyyat vasitələrindən daha az ziyan dəyməsi olub.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO