"Bu şəhərdə"nin Rafaeli nəvəsi ilə Xudayarın məzarını ziyarət etdi - FOTO 

Hazırda oxunan: "Bu şəhərdə"nin Rafaeli nəvəsi ilə Xudayarın məzarını ziyarət etdi - FOTO 

94278

"Bu şəhərdə" yumoristik estrada teatrının aktyoru, Əməkdar artist Rafael İsgəndərov nəvəsi Zəhra ilə birlikdə 44 günlük Vətən müharibəsində şəhid olan gizir Xudayar Yusifzadənin məzarını ziyarət edib.

Bizim.Media xəbər verir ki, ziyarətdən çəkilən fotonu sosial şəbəkə hesabında paylaşan sənətçi cəbhədə baş verən hadisələrə münasibət bildirib.

"Uşaqlıqdan övladlarımıza ermənilərin kim olduğunu və xalqımıza etdikləri vəhşilikləri anlatmalıyıq. Onlara bunları unutdurmamalıyıq ki, tarix təkrarlanmasın. Necə ki, ermənilər türkün düşmən olmasını öz uşaqlarının beyninə həkk edirlər. Allah şəhidlərimizə rəhmət eləsin!", - deyə Rafael fikirlərini ifadə edib.

Xatırladaq ki, sentyabrın 13-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatlar törədilib. Təxribatlar zamanı 77 hərbçimiz şəhid olub.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO