550 milyon dəfə “Apple music”də dinlənilən Nəvai: “Musiqi yeganə qurtuluşdur” - FOTO 

550 milyon dəfə “Apple music”də dinlənilən Nəvai: “Musiqi yeganə qurtuluşdur” - FOTO 

Hazırda oxunan: 550 milyon dəfə “Apple music”də dinlənilən Nəvai: “Musiqi yeganə qurtuluşdur” - FOTO 

94135

Rusiyada və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Nəvai Bəkirov paylaşımı ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında dünyaca məşhur musiqi axını olan “Apple music”də rekord sayda - 550 milyon dəfə dinlənildiyini açıqlayıb.  

Nəvai həmçinin duet ortağı “HammAli” ləqəbi ilə tanınan azərbaycanlı əsilli Aleksandr Əliyevlə birlikdə müxtəlif musiqi platformalarında bütün dünyada milyardlarla dəfə dinlədiyildiyini də yazıb.
“Musiqi yeganə qurtuluşdur, sərhədləri yoxdur. Sizə kömək edən ən yaxşı psixoloqdur. Çox şadam ki, Allah mənə belə bir nemət bəxş edib və bunu sizinlə bölüşürəm. Dəstək üçün təşəkkür edirəm. Dünyanın hər yerində milyardlarla insan mahnılarımızı dinləyir”, - deyə Nəvai fikirlərini ifadə edib.

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO