Fatimə AĞLADI: “Bu tək anaların deyil, hamımızın itkisidir” - VİDEO

Fatimə AĞLADI: “Bu tək anaların deyil, hamımızın itkisidir” - VİDEO

Hazırda oxunan: Fatimə AĞLADI: “Bu tək anaların deyil, hamımızın itkisidir” - VİDEO

93836

“Çətin də olsa, bütün Azərbaycan xalqına başsağlığı vermək istəyirəm. Bu tək anaların deyil, hamımızın itkisidir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “Göyçək” ləqəbi ilə şou-biznesdə məşhurlaşan rəqqasə Fatimə Fətəliyeva sosial şəbəkə hesabında paylaşdığı videomüraciətdə deyib. 

Rəqqasə Ermənistanın sərhəddə törətdiyi təxribatlar nəticəsində şəhid olan 50 nəfər Azərbaycan əsgərlərinin ailəsinə və yaxınlarına göz yaşı içində başsağlığı verib. 

“Bu cür oğulları itiririk. Allah bütün analara səbr versin. Çox çətindir bunlara dözmək. Allahdan ən böyük istəyimiz, ölüm olmasın, oğullar ölməsin, analar ağlamasın, balalar yetim böyüməsin” – deyə, Fatimə fikirlərini ifadə edib.  

Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib.
Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, hərbi toqquşmalarda Azərbaycan Ordusu 50 şəhid verib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO