İngiltərə kraliçası II Elizabet üçün keçiriləcək dəfn mərasiminə hazırlıqlar davam edir.
Bizim.Media İngiltərə mətbuatına istinadən xəbər verir ki, dünyanın hər yerindən dövlət başçılarının da qatılacağı mərasimə xərclənəcək məbləğ açıqlanıb.
İddialara görə, cənazə xərcləri ən azı 6 milyard funt sterlinqə başa gələcək.
“Evening Standards” nəşrininin yaydığı xəbərə görə, ictimaiyyətə açıq şəkildə keçirilən dəfn mərasimləri dövlət tərəfindən maliyyələşdirilir.
“Evening Standards” yazır ki, İcmalar Palatasının məlumatına əsasən 2002-ci ildə kraliçanın anasının dəfni təxminən 5,4 milyon funt-sterlinqə başa gəlib, həmin vəsaitin 4,3 milyon funt-sterlinqi polis qruplarına xərclənib.
1997-ci ildə vəfat edən Şahzadə Diananın dəfn mərasiminin xərcləri isə 2 milyon funt-sterlinqə yaxın olduğu bildirilir.
Rəşad Əliyev, Bizim.Media