Dünyasını dəyişən Böyük Britaniya kraliçasının tabutu olan cənazə avtomobili ötən axşam xüsusi reyslə Şotlandiyadan Londona gətirilərək Bukingem sarayına aparılıb.
Bizim.Media xəbər verir ki, korteji kral ailəsinin üzvləri, o cümlədən yeni elan edilmiş Kral III Karl və Kraliça Konsorti Kamilla, Uels şahzadəsi Uilyam və Keyt Middlton (Elizabetin ölümündən sonra milyarder olublar - red.), həmçinin şahzadə Harri və Meqan Markl qarşılayıblar.
Sasseks hersoqları bir həftə ərzində ikinci dəfədir ki, qohumları ilə ictimaiyyət qarşısına çıxırlar.
Qeyd edək ki, II Elizabet monarxiya üçün rekord sayda il hökmranlıq edib. Beləki, bu yay kraliça, taxtda olmasının 70 illiyini qeyd edib.
Bu illər ərzində o, təkcə Böyük Britaniya və Birlik ölkələrinin deyil, ümumilikdə mədəniyyətin əsl simvoluna çevrilib. Əlahəzrətin dəfn mərasimi sentyabrın 19-da səhər saatlarıdan keçiriləcək.
Mərasim Vestminster Abbatlığında kral ailəsinin bütün üzvlərinin və digər ölkələrin nümayəndələrinin iştirakı ilə keçiriləcək.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
16:22 / 14.09.2022
Kraliçanın tabutu Bukingem Sarayına gətirildi - FOTO
Hazırda oxunan: Kraliçanın tabutu Bukingem Sarayına gətirildi - FOTO
Hazırda oxunan: Kraliçanın tabutu Bukingem Sarayına gətirildi - FOTO
93821
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.