Azərbaycanlı aktrisa: “İki oğul böyüdürəm, analar, siz indi nələr yaşayırsız?” - FOTO

Azərbaycanlı aktrisa: “İki oğul böyüdürəm, analar, siz indi nələr yaşayırsız?” - FOTO

Hazırda oxunan: Azərbaycanlı aktrisa: “İki oğul böyüdürəm, analar, siz indi nələr yaşayırsız?” - FOTO

93786

Aktrisa Sevinc Əliyeva Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş hərbçilərimizlə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında övladını itirən analara səslənərək, yayımladığı post vasitəsi ilə onlara təsəlli verib. 

“İki oğul böyüdürəm, bunun əziyyətini tək özüm bilirəm. Analar, siz indi nələr yaşayırsınız? Bağışlayın”, – deyə Sevinc bildirib. 

Xatırladaq ki, S.Əliyevanın bir qız və iki oğlan övladı var.  

Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib.

Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, hərbi toqquşmalarda Azərbaycan Ordusu 50 şəhid verib.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO