Hiss şəhid Səbuhi ilə uşaq evindən arxiv FOTOSUNU PAYLAŞDI

Hiss şəhid Səbuhi ilə uşaq evindən arxiv FOTOSUNU PAYLAŞDI

Hazırda oxunan: Hiss şəhid Səbuhi ilə uşaq evindən arxiv FOTOSUNU PAYLAŞDI

93771

“Hiss” ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Röya Məmmədova Ermənistanın sərhəddə törətdiyi təxribatlar nəticəsində şəhid olan Səbuhi Əhmədovla bağlı paylaşım edib. 

Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında Səbuhi ilə uşaq evində çəkilən fotosunu yayımlayaraq, onunla birgə boya-başa çatdığını yazıb. 

“Bəzi şeylər var ki, sözlə ifadə etmək olmur. Olsa belə, çox mənasız qalır. Nur içində yat, mənim balaca qardaşım” – deyə, “Hiss” bildirib. 

Qeyd edək ki, valideyn himayəsindən məhrum olmuş Səbuhi Əhmədov SOS uşaq evində böyüyüb. O bu gün Bakıda II Fəxri xiyabanda torpağa tapşırılıb. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO