Türkiyəli məşhurlar Bakı konsertlərini təxirə saldılar – FOTO  

Türkiyəli məşhurlar Bakı konsertlərini təxirə saldılar – FOTO  

Hazırda oxunan: Türkiyəli məşhurlar Bakı konsertlərini təxirə saldılar – FOTO  

93765

Bakı Konqres Mərkəzində keçirilməsi gözlənilən türk məşhurların konsertləri təxirə salınıb.  

Bizim.Media xəbər verir ki, bu barədə mərkəzin rəsmi “Instagram” hesabında məlumat dərc olunub.  

Belə ki, məşhur müğənni Özcan Denizin sentyabrın 16-da, Tolqa Çevikin isə sentyabrın 17-də “Tolgshow” adlı konsert proqramı təxirə salınıb.  

Bakı Konqres Mərkəzi bu addımı Azərbaycan Ordusunun 50 şəhid verməsi ilə əlaqələndirib.  

Qeyd edək ki, Xalq artisti Röya Ayxanın da 22-23-24-25 sentyabr tarixlərində Bakı Konqres Mərkəzində planlaşdırılan konsertləri qeyri-müəyyən vaxtadək təxirə salınıb.  
Xatırladaq ki, sentyabrın 13-ü gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib.

Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, hərbi toqquşmalarda Azərbaycan Ordusu 50 şəhid verib.

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO