Emin şəhid olan hərbçilərimizdən YAZDI: “Əsgərlərimizə güc arzulayırıq” - VİDEO

Emin şəhid olan hərbçilərimizdən YAZDI: “Əsgərlərimizə güc arzulayırıq” - VİDEO

Hazırda oxunan: Emin şəhid olan hərbçilərimizdən YAZDI: “Əsgərlərimizə güc arzulayırıq” - VİDEO

93721

Xalq artisti Emin Ağalarov Ermənistanın sərhəddə törətdiyi təxribatlar nəticəsində şəhid olan Azərbaycan əsgərləri ilə bağlı paylaşım edib.  

Bizim.Media xəbər verir ki, sənətçi bir neçə həftə əvvəl təşkil edilən Kəlbəcər konsertindən görüntülər paylaşaraq əsgərlərə səslənib. 

“Bu yaxınlarda Vətənimizin gözəl guşələrindən biri olan Kəlbəcərdə cəsur hərbçilərimiz üçün populyar artistlərlə birgə konsert vermişdik. Bu gün isə münaqişənin yenidən başlanması ilə bağlı Vətən qoruyucularına güc və mərdlik arzulayırıq! Azərbaycan sizinlədir” – deyə, Emin bildirib. 

Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib. Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, hərbi toqquşmalarda Azərbaycan Ordusu 50 şəhid verib. 

Rəşad Əliyev, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO