Əməkdar artist: “TikTok”dan pul qazansam da, əsas gəlir yerim teatrdır\

Əməkdar artist: “TikTok”dan pul qazansam da, əsas gəlir yerim teatrdır\" - ÖZƏL  

Hazırda oxunan: Əməkdar artist: “TikTok”dan pul qazansam da, əsas gəlir yerim teatrdır\" - ÖZƏL  

93613

“Əgər hansısa rejissor bloqeri çəkirsə, bu, onun sosial şəbəkə platformasında olan populyarlığından irəli gəlir. Özünə peşəkar deyən rejissor peşəkar aktyorla işləməyi daha üstün tutur və onunla çalışır”.  

Bu sözləri şou-biznesdə “Keyxanım” obrazı ilə məşhurlaşan Əməkdar artist Ülviyyə Əliyeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.  

“23 ildir ki, bu sənətdəyəm və hər zaman peşəkarlarla serial və filmlərə çəkilmişəm. Ətrafımda da hər zaman peşəkar rejissor və aktyorlar olub”.  

Bir sıra həmkarları kimi “TikTok” sosial şəbəkə platformasından aktiv istifadə etdiyini söyləyən Ülviyyə, oradan kifayət qədər gəlir əldə etdiyini açıqlayıb.  

“Mən də bir sıra həmkarlarım kimi “TikTok”dan istifadə edirəm. Canlılar açıb izləyicilərlə söhbətləşirəm. Bu zaman da sırf sənət haqda söhbətlər edirəm. Qalmaqallı mövzulardan uzağam. Bu səbəbdən də mənim canlılarım paylaşılmır və müzakirə predmetinə çevrilmir. Canlı yayımıma izləyicilər tərəfindən müxtəlif hədiyyələr gəlir. Beləcə, “TikTok”dan mən də qazanc əldə edirəm.  

Amma bu gəlir haqda danışmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, oradan gələn qazanc məni qane edir. Amma əsas gəlir yerim teatr və çəkildiyim serial və filmlərdir”.  


Bir neçə mövsüm əvvəl ARB TV-də “Hüseynova bacıları”, Space TV-də isə “Təzə-məzə” verilişlərinin aparıcısı olan Əməkdar artist aparıcılıqla bağlı bütün təkliflərə açıq olduğunu bildirib:  

““Space” televiziyasında yayımlanan “Təzə-məzə” verilişini aparırdım. Sözügedən verilişin mövsüm finalını çəkdik və son buraxılışı yayımlandı. “Təzə-məzə” çox güman ki yeni mövsümdən olmayacaq. Hansısa verilişi aparmaq kimi təklif hələ gəlməyib. Gəlsə, məmnuniyyətlə dəyərləndirərəm”.  

Ülviyyə Əliyeva yaxın aylarda yayımlanacaq bir sıra ekran işlərindən də danışıb.  

“Sentyabırın 27-dən sonra kinoteatrlarımızda “Birinci və ikinci Qarabağ” müharibəsinin motivləri əsasında çəkilən “Köhnə çamadanlar” bədii filminin nümayişi olacaq.  
Orada “Xocalı soyqırımı”nın şahidi rolunu ifa etmişəm. Oktyabr ayında isə “Hozu -2” filmi işıq üzü görəcək. Hazırda oktyabr ayından ATV-də yayımlanacaq “Eltilər” serialının çəkilişindəyəm. Burada çox maraqlı obrazım var”.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO