Van Dammın pianoçu gəlini Şuşada - FOTO  

Van Dammın pianoçu gəlini Şuşada - FOTO  

Hazırda oxunan: Van Dammın pianoçu gəlini Şuşada - FOTO  

93499

Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristoferin pianoçu həyat yoldaşı Suada Hacızadə Şuşaya yollanıb.  

Bizim.Media xəbər verir ki, musiqiçi sosial şəbəkə hesabında Şuşada çəkdirdiyi fotolarını paylaşıb.  

Suada həyat yoldaşı Kristoferin onunla birlikdə gələ bilməməsinə münasibət bildirib: 

“Dumanlı dağlardan keçərək, yağışın altında gəzmək, iki avtobus dolu insan – biz bunu etdik.

Bu şəkillərdə gördüyünüz insanlar dünyanın bir sıra xarici ölkələrində yaşayan azərbaycanlılardır. Təəssüf ki həyat yoldaşım Kristofer səyahətdən bir gün əvvəl ABŞ-a uçdu.
Lakin biz Şuşaya birlikdə dəvət edilmişdik”. 

Xatırladaq ki, Kristofer-Suada cütlüyü ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.  

Rəşad Əliyev, Bizim.Media










© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO