“Əgər mən evdə sərf etdiyim zamanı musiqiyə yönəltsəydim, indi səsim yüksəklərdən gələrdi. Ona görə yönəltmədim ki, dövrümdə səsimə qiymət verilmədi. Odur ki, elə-bələ oxuyuram. Əsl Mətanət Əsədova efirdə oxuduğunun bir faizini belə oxumayıb. Çünki ona şərait yaratmırlar”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu “Tam vaxtıdır” gecə şousunda deyib.
Ruh insanı olduğunu söyləyən sənətçi yorulmadan saatlarla efirdə oxumaq istədiyini dilə gətirib:
“İndi məni bu verilişə niyə çağırmısınız? Qonşu kanalların birində veriliş yayımlanır. Verilişin aparıcısı deyir ki, səni tək qonaq çağırmaq istəyirəm. Elə düşünməyin ki, Mətanət eqoistdir bəziləri kimi.
Xeyr, mən bunu demirəm. Xalq səsimi dinləmək istəyir. Gətir Mətanəti on saat efirdə oxut, gör o səhnədən qaçacaq?
Ruhuma heç kim dəyməsin. Mən ruh adamıyam. Hər hansısa bir musiqini ifa edəndə, improvizə edirəm. Artıq notlara qarşı belə həssasam. Elə olduğu halda dərhal etiraz edib deyirəm ki, niyə həmin notu çaldın? Sən mənim ruhuma toxundun. Dəli etdin məni”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:41 / 12.09.2022
Mətanət Əsədova: “Səsimə qiymət verilmədi” - VİDEO
Hazırda oxunan: Mətanət Əsədova: “Səsimə qiymət verilmədi” - VİDEO
Hazırda oxunan: Mətanət Əsədova: “Səsimə qiymət verilmədi” - VİDEO
93382
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.