Hadisə Azərbaycan xalqına TƏŞƏKKÜR etdi – VİDEO

Hadisə Azərbaycan xalqına TƏŞƏKKÜR etdi – VİDEO

Hazırda oxunan: Hadisə Azərbaycan xalqına TƏŞƏKKÜR etdi – VİDEO

93257

Xəbər verdiyimiz kimi, ötən axşam Türkiyənin məşhur pop ulduzu Hadisə "Bakı Konqres Mərkəzi"ndə canlı solo konsert proqramı ilə çıxış edib.

Bizim.Media xəbər verir ki, repertuarında yer alan hitləri və sevilən nəğmələrini ifa edən sənətçi fürsətdən istifadə edərək, 2009-cu ildə Moskvada keçirilən "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində ölkəmizdən aldığı ən yüksək 12 xala görə, Azərbaycan xalqına təşəkkürünü ünvanlayıb.

"Hər şeydən əvvəl mənə olan hörmətinizə və sevginizə görə və 2009-cu ildə "Avroviziya"da mənə 12 xal verdiyiniz üçün sizə dərin minnətdarlığımı bildirirəm. Heç zaman yadımdan çıxmayacaq. Bu axşam mənimlə bərabər mahnılarımı oxuduğunuz üçün, bəzi nəğmələrimdə ayağa qalxıb rəqs etdiyiniz üçün və məni bu səhnədə yalnız hiss etdirmədiyiniz üçün sizə təşəkkürümü bildirirəm" - deyə Hadisə fikirlərini ifadə edib.

Pop ulduzun dilə gətirdiyi səmimi sözləri tamaşaçılar tərəfindən rəğbət və gur alqışla qarşılanıb.

Rəşad Əliyev, Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO