"Bu gün 60 yaşı oldu Azərbaycanın ölməz oğlu Xalid Quliyevin".
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkə hesabında yazıb.
Hərbçi həyat yoldaşı X.Quliyevin məzarını ziyarət edən sənətçi onunla bağlı xatirələrini dilə gətirib.
"Yaxından tanıyan hər kəs onun gedişinə cox üzüldü. Sanki yadların da qardaşı, oglu, atası idi. Ürəyi, əli acıq, son tikəsini hamı ilə bölən, dostuna görə ölümə belə gedən insan idi. Mərd insandı. Vəzifəsini belə qurban verdi torpağa.
Əslində, cox hünərli bir addım idi və hərkəsin edə biləcəyi jest deyildi. Amma Xalid Quliyev Azərbaycan torpaqları ugrunda, onun azadlıgı naminə hec nə düşünmədən getdi və evinə canından cox sevdiyi Vətən bayrağına bükülərək qayıtdı.
Xalidin bir əl çantası və onun icində bir məktub var. Orada yazır: "Evim, anam, balam, sağ ol.
Özümə yeni bir ev qurmuşam. Yəqin ki, indən belə orada yaşayacam. Amma ruhum həmişə sizinlə olacaq. Sizi xalqa, xalqı isə Allaha əmanət edirəm" - deyə, A.Haşımova yazıb. Qeyd edək ki, A.Haşımovanın həyat yoldaşı Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Müğənninin həyat yoldaşından yadigar qalan Aynişan adında bir qızı var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
16:03 / 09.09.2022
Aybəniz şəhid həyat yoldaşından YAZDI: “Vəzifəsini torpağa qurban verdi” - FOTO
Hazırda oxunan: Aybəniz şəhid həyat yoldaşından YAZDI: “Vəzifəsini torpağa qurban verdi” - FOTO
Hazırda oxunan: Aybəniz şəhid həyat yoldaşından YAZDI: “Vəzifəsini torpağa qurban verdi” - FOTO
92981
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.