Şahzadə Harrinin II Yelizaveta ilə vidalaşmağa vaxtı olmayıb.
Bizim.Media “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, Kraliçanın səhhətinin pis olduğu məlum olan gün o, Meqan Markl ilə Aberdin hava limanına yaxınlaşan təyyarənin göyərtəsində olub.
Nəşr iddia edir ki, Susseks hersoqunun təyyarəsi kraliçanın ölümünün elan edilməsindən bir dəqiqə əvvəl saat 18:29-da enməli idi. Amma o, London Luton hava limanından 20 dəqiqə gecikmə ilə - saat 17:35-də havaya qalxıb.
Aberdinə çatmaq 1 saat 11 dəqiqə çəkdi. O, saat 18:46-da yerə enən zaman sarayın II Yelizavetanın ölümünü elan etməsindən 16 dəqiqə keçib. Harri daha sonra “Range Rover” ilə Balmorala gedib, axşam saat 19:52-də vida mərasiminə gəlib.
Burada o, kral ailəsinin digər üzvlərinə qoşulub. Beləliklə, Harri bir saat yarımdan sonra nənəsi ilə vidalaşa bilib.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:20 / 09.09.2022
Şahzadə Harri nənəsi ilə vidalaşa bilmədi - FOTO
Hazırda oxunan: Şahzadə Harri nənəsi ilə vidalaşa bilmədi - FOTO
Hazırda oxunan: Şahzadə Harri nənəsi ilə vidalaşa bilmədi - FOTO
92900
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.