Zabit Səmədov: “Jan Kloud Van Damm Bakıya gələcək”- VİDEO

Zabit Səmədov: “Jan Kloud Van Damm Bakıya gələcək”- VİDEO

Hazırda oxunan: Zabit Səmədov: “Jan Kloud Van Damm Bakıya gələcək”- VİDEO

92773

Dünya şöhrətli Hollivud aktyoru Jan Kloud Van Damm həftə sonu Azərbaycana gələcək. 

Bizim.Media xəbər verir ki, K-1 növündə çıxış edən “Mauqli” ləqəbli azərbaycanlı kikboksçu Zabit Səmədov aparıcı Lalə Azərtaşın “YouTube” da yayımlanan layihəsinə qonaq olarkən deyib. 

Zabit bildirib ki, yaxın dostu ona Van Dammı Bakıya gətirəcəyinə söz verib. 

“Yaxın dostum söz verib ki, son döyüşümdə Jan-Klod Van Damm iştirak edəcək. Onun filmlərində böyümüşəm. Uşaq vaxtı onun döyüşlərinə baxaraq idmanla məşğul olmuşam” – deyə Zabit bildirib.  
Qeyd edək ki, iki gün sonra sentyabrın 10-da Milli Gimnastika Arenasında Zabit Səmədovun vida döyüşü keçiriləcək. İdmançının rəqibi isə qarışıq döyüş növləri üzrə braziliyalı döyüşçü Antonio Silvadır. 

Rəşad Əliyev, Bizim.Media
 








© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO