“Anam elə düşünür ki, hamı tərbiyəsiz və pozğundur. Ancaq ay ana, deyəcəklər ki, sənin qızın da iki dəfə boşanıb və mənə də rahatlıqla nəsə deyə bilərlər. Düzdür, deyilənlərin bəziləri düzdür. Belə çıxır ki, məni heç kim sevə bilməz? Bu qədərmi çirkinəm? Deməli pis insanam ki, mənə yaxınlaşmırlar. Heç kəsi başa sala bilmirəm, qəlbim param-parça olur”.
Bizim.Media xəbər verir ki, bu sözləri məşhur bloger Aysel Şükür sosial şəbəkə hesabında yazıb.
Bloger ailəsi ilə bağlı qalmaqallı açıqlamalar verib. Bildirib ki, ailəsinin dağılmasına səbəb anasıdır.
“Ürəyim doludur, amma hər şey kənardan göründüyü kimi deyil, dostlar. İçim özümü, çölüm özgəni yandırır. Təkcə anam yox, ailəmin digər üzvləri də beş-betərdilər. Təəssüf ki, hər kəs ailəsini seçə bilmir.
Hətta ayrılmaq, boşanmaq səbəblərimdən biri də anamdır. O qədər beynimi “doldur”du ki, başımı xarab elədi. İndiyədək deyinir, guya, məni çox istəyir. Övlad sevgisi belə olmur, vaxtında sevgi görsəydim, sevgini başqalarında axtarıb, bu günlərə düşməzdim”.
Ailəsindən maddi köməklik almadığını söyləyən bloger gəlirinin əksər hissəsinin sosial şəbəkə üzərindən gəldiyini qeyd edib.
“2015-ci ildən ailəmdən pul almıram. Gəlirim yalnız “Instagram”dan və “TikTok” sosial şəbəkə platformalarındadır. Yəni ailəm mənə baxmır. Gecə-gündüz özüm çalışıram. Hətta olur ki, gecələr yatmıram. Əziyyət çəkirəm. Yaxınlarım bilir ki, uşaqlarıma necə baxıram, özümü necə dolandırıram.
Hazırda evimə həm arvadlıq, həmdə ərlik edirəm. Kişi işini də özüm görürəm. Allah heç bir bəndəsini heç kimə möhtac etməsin” – deyə Aysel yazıb.
Xatırladaq ki, aprelin 3-də Bakıda “Location” klubunda dəhşətli partlayış nəticəsində Aysel Şükür ciddi bədən xəsarətləri alıb. O, üç dəfə ayağından əməliyyat olunub.
Aysel iki dəfə ailə həyatı qurub. Onun ilk evlilikdən bir, ikinci həyat yoldaşı Oqtaydan isə əkiz oğulları var. Aysel keçmiş Bakı Lift Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovun qızıdır.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:32 / 08.09.2022
Bloger Ayseldən qalmaqallı açıqlama: “Anam beynimi “doldur”du ki, boşan” – FOTO
Hazırda oxunan: Bloger Ayseldən qalmaqallı açıqlama: “Anam beynimi “doldur”du ki, boşan” – FOTO
Hazırda oxunan: Bloger Ayseldən qalmaqallı açıqlama: “Anam beynimi “doldur”du ki, boşan” – FOTO
92762
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.