Van Dammın oğlu Bakı HAQDA: “Qürur duyuram, fəxr edirəm” – FOTO

Van Dammın oğlu Bakı HAQDA: “Qürur duyuram, fəxr edirəm” – FOTO

Hazırda oxunan: Van Dammın oğlu Bakı HAQDA: “Qürur duyuram, fəxr edirəm” – FOTO

92714

Dünya şöhrətli Hollivud aktyoru Jan Kloud Van Dammın oğlu Azərbaycanla bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, azərbaycanlı pianoçu Suada Hacızadə ilə evli olan Kristofer sosial şəbəkə hesabında Bakıdan video paylaşıb. 

Aktyorun oğlu yayımladığı Azərbaycan bayrağı və Alov qüllələrinin əks olunduğu görüntülərə “Çox sağ ol, Bakı, Azərbaycan. Sən çox gözəlsən və mən bunu deməkdən həm qürur duyuram, həm də fəxr edirəm” şərhini yazıb. 
Kristoferin paylaşımında diqqət çəkən məqam isə #İnshallah #Mashallah #CaspianSea #FlameTowers həştəqlərini qeyd etməsi olub.  

Xatırladaq ki, Kristofer-Suada cütlüyü ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.

Suada uzun müddətdir ABŞ-də yaşamaq üçün viza ala bilmir. 

Rəşad Əliyev, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO