Dünyaca məşhur stilist Anar Ağakişiyev türk sənət musiqisinin divası Bülent Ersoy ilə bir araya gəlib.
Bizim.Media xəbər verir ki, stilist İzmir şəhərinin “Enternasyonal Fuarı” açıq hava məkanında canlı konsert proqramı ilə çıxış edən Bülent Ersoyu bəzəyib.
Konsertdən əvvəl səhnənin kulisində Ağakişiyevlə bir araya gələn Ersoy onun əl işinə təriflər yağdırıb.
“Necə görünürəm? Mən çox bəyəndim. Çünki Anarımın əli dəydi həm saçlarıma, həm də üzümə. Saç düzümümü və vizajımı Anar hazırladı. Əl işinə görə sənə təşəkkürümü bildirirəm. Səni çox sevirəm. Çünki sən fədakar və vəfalısan”, - deyə Bülent Ersoy deyib.
Anar isə Bülentə bu xoş sözlərə görə təşəkkürünü bildirib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:22 / 06.09.2022
Bülent Ersoydan Anara ETİRAF: "Səni sevirəm" - VİDEO
Hazırda oxunan: Bülent Ersoydan Anara ETİRAF: "Səni sevirəm" - VİDEO
Hazırda oxunan: Bülent Ersoydan Anara ETİRAF: "Səni sevirəm" - VİDEO
92327
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.