Şəbnəm Vəfa HAQDA: “Həci onun evimizə gəlməsinə etiraz etdi” - VİDEO

Şəbnəm Vəfa HAQDA: “Həci onun evimizə gəlməsinə etiraz etdi” - VİDEO

Hazırda oxunan: Şəbnəm Vəfa HAQDA: “Həci onun evimizə gəlməsinə etiraz etdi” - VİDEO

92323

“İnsanlar elə düşünürlər ki, Vəfa ilə mən eyni bəylə evliyik. Onun həyat yoldaşı başqa, mənimki başqa adamdır. Şou əhli hər ikimizin həyat yoldaşını tanıyır. Tamam başqa insanlardır. Bəzən yazırlar ki, səni atdı getdi Vəfaya? Məcbur olub açıqlama verdim ki, onlar ayrı-ayrı insanlardır”.  

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu Tarix Əliyevin "Tam səmimi" proqramında deyib. O, ifaçı Vəfa Şərifova ilə aralarında yaşanan qalmaqaldan danışıb. O bildirib ki, keçmiş sevgilisi ilə ailə quran Vəfa ona haqsızlıqlar edib: 

"Yeri gələndə Vəfaya məsləhət də vermişəm. Özü dansa da, amma olub. Hətta Dünya TV-dəki aparıcı Samirin cibinə pul qoymuşam ki, Vəfanı efirə çağır. Ona qarşı daha bir jestim olub.

Həyat yoldaşım mənə “Aman ürək” adlı bir mahnı almışdı. O nəğməni bir dəfə ifa etdim və verdim ona. O mahnıya görə bəstəkar Ruslan Səfəroğluna 3000 manat pul vermişdim. İlk mahnısını da mən verdim və dedim ki, qurbandır sənə. Vəfanın o zamanlar bir dənə də olsa nə mahnısı, nə də ki, diski vardı.

Efirlərin birində isə Vəfa məni dinləmədiyini bildirmişdi. Sən mənə qulaq asa-asa oxumaq öyrənmisən, ömür boyu xaric oxumusan. İndi püxtələşmisən. Düzdür, Vəfa evimizə gəlib, çörək kəsib. Yoldaşım etiraz etdi ki, o kimdir ki, bizim evimizə gəlir? Uşağıma aldığı boyunbağını da həyat yoldaşım onun boynuna taxmağa icazə vermədi”.  
Verilişin aparıcısı Tolikin “Vəfanın həmin şəxslə ailə qurmasında rolun olub. Səndən maraqlananda onu ağıllı xanım kimi təqdim etmisən" sözlərinə Şəbnəm bu cür münasibət bildirib.

“Onu çox təriflədiyimi demir... Mənə deyirdi ki, yaxşıdırsa, sən niyə uzaq durdun? Cavab verdim ki, həyatımı qurmuşam, xoşbəxtəm, bətnimdə övladım var.

Dedim ki, yetimçiliklə böyümüsən, get, xoşbəxt ol. Bir həftə keçdi efirdə haqqımda xoşagəlməz sözlər dedi”. 

Qeyd edək ki, V.Şərifova iş adamı Famil Xəlilovla ailəlidir. Cütlüyün bir qız övladı var. Hazırda ikinci övladına hamilə olan Vəfanın ərinin adı daha əvvəl Şəbnəmlə hallanıb. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO