50 yaşlı Bəhram: “Son günlər “begomot”a oxşayıram” - VİDEO

50 yaşlı Bəhram: “Son günlər “begomot”a oxşayıram” - VİDEO

Hazırda oxunan: 50 yaşlı Bəhram: “Son günlər “begomot”a oxşayıram” - VİDEO

92143

“Qələbələrim hələ qarşıdadır. Həyatda çox mükafatlar, medallar, hadisələr olub. Övladlarımın doğulması, bu dünyaya qayıtmağım və Allahdan istəyirəm ki, böyük qələbələrim qarşıda olsun”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə “Nargis” dərgisinə müsahibəsində deyib.

Bir neçə gün əvvəl 50 yaşına qədəm qoyan aktyor həyat fəlsəfəsi ilə diqqət çəkib.

“Həyat şüarım: 20, 30, 40 yaşımda başqa yerdə idim. İndi 50 yaşımda da başqa yerdəyəm. Bir parallel şüarım var “Heç vaxt təslim olma”. Belə bir anlayış var. İnsan 20 yaşına kimi oxumalıdır, 30 yaşına kimi ailə qurmalıdır, 40 yaşına kimi pul qazanmalıdır, sonra çətin olur. İndi 50 yaşım var, Allahdan istəyirəm, ömrüm uzansın və həyatım mənalı olsun. Onda sevgi də, məhəbbət də, hər şey olur”.

Azərbaycan mətbəxini çox sevdiyini bildirən aktyor son günlər aldığı artıq çəkidən narazı qalıb.

“Azərbaycan yeməklərinin hamısından xoşum gəlir və həzz alıram. Ona görə də son günlər “begomot”a oxşayıram. Dünyada Azərbaycan mətbəxi 37-ci yerdədir. Amma onu birə salacam”.

Bağırzadə ən böyük arzusundan da danışıb:

“Ən böyük arzum Azərbaycan millətini dünyada ən savadlı və ən elmli görməkdir. İstərdim ki ən savadlı millətlər arasında Azərbaycan da onluğa düşsün”. 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO