Tolik “Azercell”i tənqid etdi – VİDEO

Tolik “Azercell”i tənqid etdi – VİDEO

Hazırda oxunan: Tolik “Azercell”i tənqid etdi – VİDEO

92114

“Tolik” ləqəbi ilə şou-biznesdə məşhurlaşan prodüser və aparıcı Tarix Əliyev “Azercell” mobil operatoru ilə bağlı qalmaqallı paylaşım edib.

Bizim.Media xəbər verir ki, Tolik sosial şəbəkə hesabında sözügedən operator tərəfindən onun xəbəri belə olmadan borc yazıldığını ilə əlaqədar videoaçıqlama yayımlayıb. 

“İndi Azercell-ə zəng etmişəm. Bir iş nömrəm var, hansı ki, ondan istifadə etmirəm. Balansımda 50 manat pul var idi. Zəng vurdum ki, nömrəmi aktiv edim.

Operator deyir ki, sizin 106 manat borcunuz var. Deyirəm, necə olur? Deyir ki, bilmədən 291 meqabayt internet istifadə etmisiniz. Bunun qiyməti 3 manatlıq tariflə 106 manat edir. Ayda 50 geqabaytı 30 manata alıram. İnternetin yoxdursa, nömrə açıq qalırsa, 291 meqabayta 106 manat borc yazırlar. Bu pulu sizə ödəyəcəm, amma halal etmirəm”, - deyə Tolik bildirib. 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO