Xəbər verdiyimiz kimi, Belçika əsilli Hollywood aktyoru Jan Kloud Van Dammın oğlu Kristofer pianoçu həyat yoldaşı Suada Hacızadə ilə Bakıya gəliblər.
Bizim.Media xəbər verir ki, ər-arvad istirahət üçün Gəbələyə yollanıblar.
Onlar həmçinin Qəbələdə məşhur olan Vəndam kəndinə də baş çəkiblər. Kris ilə Suada kəndin girişində yerləşdirilmiş Jan Kloud Vandammın odunların üzərində şpaqat açmış şəkildə heykəlinin önündə şəkil çəkdiriblər.
Cültüyün marağa səbəb olan şəkillərini isə jurnalist və bloqer Şakir Eminbəyli “Facebook” hesabında paylaşıb.
Qeyd edək ki, Kristofer-Suada cütlüyü ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub. Suada uzun müddətdir ABŞ-də yaşamaq üçün viza ala bilmir.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:56 / 03.09.2022
Van Dammın oğlu ilə gəlini Vəndam KƏNDİNDƏ – FOTO
Hazırda oxunan: Van Dammın oğlu ilə gəlini Vəndam KƏNDİNDƏ – FOTO
Hazırda oxunan: Van Dammın oğlu ilə gəlini Vəndam KƏNDİNDƏ – FOTO
91894
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.