Unudulmaz italiyalı “Pupo”: “Azərbaycan qadınları zərif, gözəl və füsünkardır” - FOTO  

Unudulmaz italiyalı “Pupo”: “Azərbaycan qadınları zərif, gözəl və füsünkardır” - FOTO  

Hazırda oxunan: Unudulmaz italiyalı “Pupo”: “Azərbaycan qadınları zərif, gözəl və füsünkardır” - FOTO  

91858

Məşhur italyan müğənni və bəstəkarı “Pupo” (Entso Ginatssi) sentyabrın 2-də “Sea Breeze Resort”da açıq səma altında “Sea Breeze Disco Night” festivalı çərçivəsində Bakıda uğurla çıxış edib.

Bizim.Media xəbər verir ki, konsertdən əvvəl baş tutan mətbuat konfransında əfsanəvi ulduz jurnalistlərin suallarını cavablandırıb.

Şəhərimizdən ağız dolusu danışan Entso milli mətbəximizin ləziz təamlarını çox bəyəndiyini vurğulayıb.

“Bu mənim Bakıya ilk səfərim deyil. Bundan əvvəl mən Ornella Muti və Al Banonun da iştirak etdiyi böyük konsertin iştirakçısı olmuşam. Həmin səfərdə adını unutduğum Azərbaycan milli xörəyini daddım. İnanın ki, dadından doymadım. Çünki çox dadlı idi” – deyə, E.Ginatssi xatirələrini dilə gətirib.
“Pupo” italyanlarla azərbaycanlılar arasında ümumi cəhətlərin çox olduğunu söyləyib. O, “Azərbaycan qadınları olduqca zərif, gözəl və füsünkardır”, - deyə fikirlərini ifadə edib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO