“Bakılı oğlanlar”ın Vaynşteyninin xanımı ilə ŞIDIRĞI RƏQSİ – VİDEO 

“Bakılı oğlanlar”ın Vaynşteyninin xanımı ilə ŞIDIRĞI RƏQSİ – VİDEO 

Hazırda oxunan: “Bakılı oğlanlar”ın Vaynşteyninin xanımı ilə ŞIDIRĞI RƏQSİ – VİDEO 

91677

“Bakılı oğlanlar” KVN komandasının məşhur üzvü, Rusiyanın “NTV” kanalının baş prodüseri Timur Vaynşteyn həyat yoldaşı 42 yaşlı Yana Batırşina ilə birgə qatıldığı məclislərin birində Azərbaycan musiqisi sədaları altında şıdırğı rəqsi ilə gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, sözügedən görüntüləri Y. Batırşina sosial şəbəkə hesabında paylaşıb.  

Yana yayımladığı kadrlara “Həyatımızın ən yaxşı yayı idi. Maraqlı, çoxlu xoş hadisələr oldu. Təəssüf ki, bu qədər tez bitdi və pərəstiş etdiyimiz bütün Azərbaycan rəqsləri uzun olmadı. Yay 2022, hər şey üçün təşəkkürlər” şərhini yazıb.  
Qeyd edək ki, uzun zamandır Rusiyada yaşayan 48 yaşlı Timur Vaynşteyn 20-dən çox film və seriala prodüserlik edib. Yana Batırşina gimnastika üzrə Əməkdar idman ustasıdır. Hazırda isə o, idman jurnalisti kimi rus kanallarının birində çalışır. Cütlüyün iki qız övladı var.  

Rəşad Əliyev, Bizim.Media

 




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO