Hüseyn: “Məktəbdə qurduğum xəyallar çin oldu, zəngin və uğurluyam” - FOTO 

Hüseyn: “Məktəbdə qurduğum xəyallar çin oldu, zəngin və uğurluyam” - FOTO 

Hazırda oxunan: Hüseyn: “Məktəbdə qurduğum xəyallar çin oldu, zəngin və uğurluyam” - FOTO 

91573

Rusiyanın məşhur azərbaycanlı video bloqeri Hüseyn Həsənov “Bilik günü” ilə bağlı arxivini gün üzünə çıxarıb.

Bizim.Media xəbər verir ki, bloqer sosial şəbəkə hesabında 17 il əvvəl 3-cü sinifə qədəm qoyduğu zaman ibtidai sinif müəlliməsi və yoldaşları ilə çəkilən fotolarını paylaşıb.

Hüseyn yayımladığı şəkillərə “Əgər sizə elə gəlirsə ki, məktəb illəri ən pisdir, xeyr, ən pis hələ qarşıdadır” - şərhini yazıb.

Sonra lüks avtomobilində fotosunu yayımlayan H.Həsənov məktəb illərindəki arzularından da söz açıb.

“Məktəbdə oxuduğum zamanı hər zaman xəyal qururdum. Nə vaxtsa populyar, zəngin və uğurlu olacağam, sentyabrın 1-də məktəbə gözəl avtomobildə gələcəyəm. Arzular çin olur. Balaca böyüdü”.
Qeyd edək ki, azərbaycanlı H.Həsənov Rusiyada anadan olub. Bloqerlik fəaliyyəti ilə məşğul olan Hüseyn hazırda sahib olduqlarına görə özünə borcludur.

Hüseyn Rusiyada ən populyar bloqerlərdən biridir. Onun 22,6 milyondan çox izləyicisi olan “Instagram” izləyicisi var.

Sosial şəbəkədə böyük auditoriyaya sahib olan H.Həsənov müxtəlif oyunlar keçirməklə sosial media hesablarını inkişaf etdirir. Hüseyn restoran biznesi ilə məşğul olur və şəxsi geyim markası var.

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO