İsraildən Moskvaya qayıdan Alla Puqaçova övladlarını MƏKTƏBƏ APARDI - VİDEO

İsraildən Moskvaya qayıdan Alla Puqaçova övladlarını MƏKTƏBƏ APARDI - VİDEO

Hazırda oxunan: İsraildən Moskvaya qayıdan Alla Puqaçova övladlarını MƏKTƏBƏ APARDI - VİDEO

91538

Bu gün “Bilik günü”ndə SSRİ Xalq artisti Alla Puqaçova uşaqları Liza və Harri Qalkini Birinci Moskva Gimnaziyasına şəxsən özü aparıb.    

Bizim.Media xəbər verir ki, uşaqlarını məktəbə yolladıqdan sonra primadonna jurnalistlərin suallarını cavablandırıb. 

Uşaqların yeni dərs ilinə hazır olub-olmaması ilə bağlı sualına sənətçi lakonik “hə” cavabını verib.

Puqaçova Harri və Lizaya dərslərində kömək etmədiyini də etiraf edib.  

Jurnalistlərdən biri müğənninin Moskvaya gələn kimi ilk olaraq nə etmək istədiyini soruşub. Puqaçova isə “Bir adamın üzünü yumruqlamaq istəyirəm” söyləyib. 
Xatırladaq ki, Harri ilə Liza üçüncü sinifə qədəm qoyub.  

Qeyd edək ki, müğənni həyat yoldaşı M.Qalkin və uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsrailə köçmüşdü.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO