Kəlbəcərdə çıxış edən “Jony” kövrəldi: “Millətimlə fəxr edirəm” - VİDEO

Kəlbəcərdə çıxış edən “Jony” kövrəldi: “Millətimlə fəxr edirəm” - VİDEO

Hazırda oxunan: Kəlbəcərdə çıxış edən “Jony” kövrəldi: “Millətimlə fəxr edirəm” - VİDEO

91486

“Vətənimizin əsgər analarının əlindən öpürəm”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Jony” ləqəbi ilə Rusiya şou-biznesində məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynli ötən gün işğaldan azad olan Kəlbəcərdə “N” saylı hərbi hissəsində əsgərlər üçün təşkil olunan konsertdə deyib.

Hitlərini və sevilən nəğmələrini vətən keşiyində duran igidlər üçün ifa edən “Jony” dilə gətirdiyi sözləri ilə səhnədə kövrək anlar yaşayıb.

“Baxmayaraq ki, Rusiyada yaşayıram, nənəm, babam, bütün qohumlarım Azərbaycanda yaşayır. Öz millətimlə fəxr edirəm. Sizin kimi igid, Vətən keşiyində duran qardaşlarımla qürur duyuram. Bütün şəhid anaların qarşısında baş əyirəm, bütün qazilərimizə Allah şəfa versin”, – deyə “Jony” fikirlərini ifadə edib.

Konsertlə bağlı görüntüləri jurnalist Ruslan Ağayev sosial şəbəkə hesabında paylaşıb. 

Rəşad Əliyev, Bizim.Media
 







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO