Hollivud cütlüyünün 25 illik ailə həyatı dağıldı - FOTO

Hollivud cütlüyünün 25 illik ailə həyatı dağıldı - FOTO

Hazırda oxunan: Hollivud cütlüyünün 25 illik ailə həyatı dağıldı - FOTO

91396

Xəbər verdiyimiz kimi, Hollivud ulduzu Silvestr Stallone ilə həyat yoldaşı model Cennifer Flavin 25 illik ailə həyatına son qoymaq qərarına gəliblər. 

Bizim.Media “People” nəşrinə istinadən xəbər verir ki,  Silvestr Stallone həyat yoldaşı Cennifer Flavinin “aktyor ailə əmlakını qəsdən israf edir” iddiasını rədd edib. 

Flavin 25 illik evlilikdən sonra boşanma ərizəsi verib və buna səbəb kimi Stallonenin maliyyə fırıldaqlarını göstərib. Silvestrin vəkilləri Cenniferin məhkəmədə təqdim etdiyi sənədlərə rəsmi cavab verib. Onlar mətbuatda sərvəti 400 milyon dollar kimi qiymətləndirilən Stallonenin ailə pullarını hər hansı şəkildə israf etdiyini inkar ediblər. 

Aktyor, həmçinin “Palm Beach”dəki ailə malikanəsini həyat yoldaşı tərəfindən istifadə etməsinə qarşı çıxıb. 

Xatırladaq ki, Cennifer təkcə əmlakı bölmək deyil, həm də ərindən maddi təzminat almaq istəyir. Bundan əlavə, o, məhkəmədən onun proses zamanı əmlaka sərəncam verməsini qadağan etməyi xahiş edib.  

Flavin iddiasında göstərilən bəzi tələblərlə Stallone razılaşıb. Nikahın xilas ola bilməyəcəyini inkar etməyib və Cenniferə qızlıq soyadını qaytarmasına etiraz etməyib. 
Qeyd edək ki, cütlüyün boşanması ilə bağlı söz-söhbətlər bu yaxınlarda ortaya çıxıb. Aktyor qolundakı həyat yoldaşının üzünün şəklini ölü iti “Butkus”un şəkli ilə əvəzləyib. 

Boşanma ərizəsi isə bir neçə gün sonra ortaya çıxıb. Aktyor jurnalistləri əmin edib ki, həyat yoldaşı ilə ev heyvanı üstündə mübahisə etsələr də, “belə əhəmiyyətsiz məsələyə görə boşanmayacaqlar”. Tatuya gəlincə, o, sadəcə çiynindəki həyat yoldaşının portretini “təzələmək” istədiyini söyləyib, lakin bu, çox yaxşı nəticə verməyib, buna görə də bir anda çox radikal dəyişikliklər etmək qərarına gəlib. Stallone əlavə edib ki, hələ də kürəyində Cenniferin başqa böyük döyməsi var. 

Flavinlə evlənməzdən əvvəl aktyor iki dəfə evlənib. İlk həyat yoldaşı 11 illik evliliyindən sonra boşandığı aktrisa Saşa Zak olub.

Bu evlilikdə iki oğul dünyaya gəlib. Onların isə taleyi faciəli olub. Ən böyüyü Saşa 2012-ci ildə 36 yaşında ateroskleroz adlı xroniki xəstəlikdən qaynaqlandığı güman edilən infarkt nəticəsində vəfat edib.

Ən kiçik oğlu Serxio hazırda 41 yaşındadır və ona autizm spektri pozğunluğu diaqnozu qoyulub. Stallonenin ikinci həyat yoldaşı model və aktrisa Bridcet Nielsen ilə evliliyi iki il davam etdib. Aktyor 1997-ci ildə model Cennifer Flavinlə evlənib. O, Stallonedən 22 yaş kiçikdir. Hazırda arvadının 54, onun isə 76 yaşı var. Evlilikdə üç qız övladı dünyaya gəlib: Sofiya (26 yaş), Sistine (24 yaş) və Skarlett (20 yaş). 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO